Azərbaycanda inanılmaz olay: - gənc müəlliməni oğurladılar

12-05-2016, 16:21           
Azərbaycanda inanılmaz olay: - gənc müəlliməni oğurladılar
Ağsu rayonunda gənc müəlliməni oğurlayan şəxslər tutulub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nuran kənd tam orta məktəbinin qarşısında 23 yaşlı müəllimə Sara Vəliyeva (şərti) bir neçə gün əvvəl bir qrup şəxs tərəfindən zorla maşına salınaraq qaçırılıb.

Artıq gənc müəlliməni zorla qaçıran şəxslərin kimliyi məlum olub.

Məlumata görə, səhər saatlarında Nuran kəndində kirayə yaşadığı evdən çıxaraq məktəbə gedən S.Vəliyevanı qonşu Nöycü kəndinin sakinləri - 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu və dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu təzyiq göstərərək zorla “VAZ 2106” markalı avtomobilə mindirərək qaçırıblar. Oğlanlar gənc müəlliməni əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar.

Artıq hadisəni törədən Bəhruz İsrafilov və Əmrah Əsgərov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Hazırda Müşfiq İsrafilovun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Qeyd edək ki, S.Vəliyeva 2015-ci ilin sentyabrından başlayaraq Nuran kənd orta məktəbində kimya müəllimi işləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.