İnterpol Sabir Rüstəmxanlının qardaşını Ukraynada saxlayıb - TƏFƏRRÜAT

13-05-2016, 20:20           
İnterpol Sabir Rüstəmxanlının qardaşını Ukraynada saxlayıb - TƏFƏRRÜAT
Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri, keçmiş polis rəisi, VHP sədri Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev bir neçə gün əvvəl Ukraynada İnterpol tərəfindən saxlanılıb.

teref.az xəbər verir ki, məlumatı Lent.az-a Ə.Əliyevin qardaşı, "Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu təsdiqləyib. Ş.Xuduoğlu bildirib ki, qardaşı beynəlxalq axtarışda olduğu üçün saxlanılıb: "Ukraynada bu işi araşdırdılar. Məhkəmə keçirildi. Və proses zamanı məlum oldu ki, Əlövsətin saxlanılması üçün heç bir əsas yoxdur. Prosesə elə oradan vəkil Dmitry Morgun çıxmışdı. Əlövsət elə məhkəmədən azad olundu. Həmin günlər mən də Əlövsət Əliyevin yanında idim".

Ş.Xuduoğlunun sözlərinə görə, qardaşı hələ də Ukraynadadır. Və tezliklə Almaniyaya dönməyi planlaşdırır.

Qeyd edək ki, Əlövsət Əliyev Almaniyada mühacirətdədir. Onu Daxili İşlər Nazirliyinin generalı EminŞəkinskinin keçmiş arvadı Gülnarə Şəkinskayanın ölkədən qaçırılmasında günahlandırırdılar.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.