Sovetdənqalma idman daşlarına bir evin pulunu təklif edirlər

15-05-2016, 12:56           

Mərkəzi Asiya ölkələrində sovet vaxtından qalma idman daşları ətrafında görünməmiş ajiotaj müşahidə olunur.

Sosial şəbəkələrdə və elan saytlarında bir daşa 10 min dollar da təklif edirlər.

Hətta Astana ətrafında bütöv bir evi verməyə hazır olanlar da tapılır.

İş o yerə çatıb ki, belə elanları görən qazaxıstanlılar belə idman daşlarını almaq ümidilə dükanlara cumublar.

teref.az azadliq.org-a istinadən xəbər verir ki, adamlar əldə etdikləri idman daşlarını yaxşı qiymətə satmağa ümid edirlər.

Aktau şəhərindən olan fitness təlimatçısı deyir ki, ona sovet vaxtından qalma bir idman daşı müqabilində 700 dollar təklif olunub.

Ölkənin Mangistau vilayətində isə evlərdən idman daşlarının oğurlanması halları olub. İndi polis cinayət işi açaraq cinayətkarı axtarır.

İnsanların belə sövdələşmələrdə pul qazanması barədə məlumat yoxdur. Ancaq idman daşlarını alan adamların onları sonradan sata bilməməsi halları mövcuddur.

"Mən biri 40 min tengeyə (110 dollar), biri də 55 tengeyə (150 dollar) olmaqla iki idman daşı aldım. Onları İnternetdə 10 min dollara satmaq istəyirdim... Amma sonra İnternetə girdim, o elan daha orada yox idi. Zəng vurduğum telefona da zəng çatmırdı", - deyə bir vətəndaş bildirir.

İndi təcili idman daşı almaq istəyi barədə elanların çoxu artıq ləğv edilib. Amma əldə etdiyi daşları satmaq istəyənlərin yerləşdirdiyi elanların sayı-hesabı yoxdur.

Bildirilir ki, hər şey sovet istehsalı olan bəzi idman daşlarının tərkibində qiymətli metalın olması barədə şayiələrdən başlayıb. Bu şayiənin İlf və Petrovun hələ 1931-ci ildə nəşr olunmuş "Qızıl buzov" kitabından qaynaqlandığını düşünənlər də var.

Ancaq XXI əsrdə bu şayiələri kimin yaydığını heç kim bilmir. Yerli KİV-lər bunun fırıldaqçıların işi olduğunu düşünürlər.

Bir ay əvvəl isə Tacikistanda analoji vəziyyət müşahidə olunub. Burada anonim alıcılar sosial şəbəkələrdə spesifik idman daşları üçün 10 min dollara qədər pul təklif ediblər.

Azadlıq Radiosu-nun jurnalistləri alıcı ilə görüşməyə nail ola bilməyiblər. Belə ki, o, elanla birlikdə yoxa çıxıb.

Tacik sosioloqları cəmiyyətdə buna bənzər halların ortaya çıxmasını böhran, habelə əhalinin iqtisadi savadının aşağı, maddi vəziyyətininsə çətin olması ilə əlaqələndiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.