“Məmurlarımız ölkədən çıxartdıqları pulların bir hissəsi üzərində nəzarəti itirib”

15-05-2016, 13:59           
“Məmurlarımız ölkədən çıxartdıqları pulların bir hissəsi üzərində nəzarəti itirib”
“Məmurların ölkədən çıxartdığı vəsaitlərin böyük bri qismi artıq nəzarət altındadır və istifadə oluna bilmir”.
Bunu Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib. Onun sözlərinə görə, buna səbəb həmin pulların dondurulmasıdır:
“Bu bir həqiqətdir ki, Azərbaycandan böyük miqdarda pullar çıxaran şəxslər o pullardan istifadə edə bilmirlər. Buna səbəb həmin vəsailərin bu vəsaitlərin saxlanıldığı ölkələr tərəfindən dondurulmasıdır. Terrorizmin maliyyələşməsi, arzuedilməz, təhlükəli sahələrə vəsaitlərin ötürülməsi ilə bağlı sivil dövlətlərdə böyük narahatlıq var. Bu fikirlər ötən il Vaşinqtonda səslənmişdi. Bu baxımdan hesab edirəm ki, korrupsionerlər bu gün artıq mənimsədikləri pullardan istifadə problemi ilə üzləşirlər. “Panama sənədləri” ilə bağlı ABŞ-da xüsusi bir komissiya yaradılıb. Aparılan yoxlamalar bu məsələ ilə bağlı da bir çox məqama aydınlıq gətirəcək. Görünən odur ki, korrupsionerlər üçün vəziyyət getdikcə çətinləşəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.