Bakının masaj salonlarından gizli videoreportaj — VİDEO+18

16-05-2016, 11:25           
Bakının masaj salonlarından gizli videoreportaj — VİDEO+18
– Gəl həyatım. Sənə ömründə görmədiyin həzzi yaşadım. Mənimlə olsan peşman olmayacaqsan.
– Bəs nə qədər xərcim çıxacaq?
– Bir saatı 60 manat, yarım saatı 40 manat. Bu pulun içində hamısı var. Masaj, seks və…
Yəqin bildiniz ki, söhbət nədən gedir? Çünki Bakıda masaj salonu adı altında fəaliyyət göstərən fahişəxanaların sayı olduqca çoxdur. Əsasən də, “28 may” metrosu yaxınlığında addımbaşı bu cür obyektlər faəliyyətdədir. Burada hər gün qadınlar masaj adı altında bədənlərini satırlar.
Axşam saatlarıdır. Hava qaralıb. Deyəsən, müştərilərin sayı da getdikcə artır. Kameramızı sazlayıb əvvəlcə bir masaj salonuna enirik. Yaşı 18-dən 40-a kimi olan xanımlar foyedə siqaret tüstülədə-tüstülədə növbəti müştərilərini gözləyirlər. Bekar olanlar üst-başlarına əl gəzdirir, növbəti müştərinin “gözünə girməyə” çalışırlar. Bəziləri isə zarafatlarından qalmır, diqqət çəkmək üçün arabir ucadan gülürlər. Öyrənirik ki, burada bir “masaj” seansının qiyməti 50-60 manatdır. Burada çalışanların dediyinə görə, həmin pulun 25-30 manatı onların özünə, yarısı isə buranın sahibinə çatır. Qızlara müştəridən nömrə almaq, nömrə vermək qadağası qoyulub. Səbəbsə odur ki, müştəri növbəti dəfə xidmətdən istifadə etmək üçün yenidən eyni məkana gəlsin. Yəni həmin qızı harasa dəvət etməsin.
Lakin müştəri kimi içəri girdiyimizə görə 21 yaşlı Lola (şərti ad) ilə söhbətə başladıq. Öyrəndik ki, Lola gündə 25-30 müştəri qəbul edir. Həm gənc, həm də gözəl olduğu üçün digər qızlardan fərqli olaraq ona daha çox yaxınlaşırlar. İş o yerə çatıb ki, Lola bəzən öz müştərilərini digər xanımlar üçün düzəldir. Əvəzində isə hər qızdan əlavə olaraq 10 manat götürür. Lola bu pulu siqaretpulu adlandırır.
Söhbət zamanı Lolanın çəkdiyi siqaretin tüstüsü ilə üstünə vurduğu ətirin iyi qarışıb insanı birtəhər edirdi. Üstəlik yarıçılpaq bədəni və sinəsini gözə soxan Lola müştərini daha tez ələ almağı bacarır.
Qızlar müştəriləri salonun ikinci mərtəbəsinə qaldırırlar. Orada şəraiti olmayan otaqlarda köhnə çarpayının üstündə uzanan müştərilər qızların ehtiraslı hərəkətlərini seyr etdikcə ağılları başdan olur. “Masaj”çı xanımlar da bundan istifadə edərək müştərini şirin dilə tutur və daha çox pul istəyirlər. Əlavə 10-20 manat qopardıqdan sonra isə müştərini birtəhər razı salmağa çalışırlar. Seksdən sonra müştəriyə duş almaq üçün şərait də yaradılır.
Qeyd edək ki, bura gələnlərin əksəriyyəti gənclərdir. Lakin bəzən yaşlı kişilərin də yolu bura düşür.
Həmin ərzidə isə demək olar ki, 10-dan çox belə obyekt var. Lakin onların hamısında qiymətlər 60 manatdan 35 manata qədərdir. Burada adi suyu 2 manata, digər 1 manatlıq içkiləri isə 5-10 manata satırlar. Əgər müştəri spirtli içki istəyərsə, onda onun azı 20 manat xərci çıxacaq.
Çətini müştəriləri bura çəkib gətirməkdir. Sonrası isə qızların öz “fərasəti”nə qalır. Qızlar da ki, müştərilərini razı salmaq üçün min hoqqadan çıxırlar. Görəsən burada çıxarılan oyunlardan müvafiq qurumların xəbəri varmı?(anspress)

[media=https://www.youtube.com/watch?v=io-budkqqGs]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.