Masallıda gənc qadının şantaj etdiyi molla: — "Bəli, şantaj edib, amma..."

18-05-2016, 11:31           

Masallı rayonunda şantaj olunduğu bildirilən molla haqqında yazılanları təsdiqləyib

77 yaşlı Əlihəsən Hüseynov Ölkə.Az-a açıqlamasında bildirib ki, Cəlilabad rayonundan olan 33 yaşlı A.Şahbazova tərəfindən şantaj edilib. Ancaq o, bu barədə ətraflı danışmaq istəməyib:

"Bəli, o məni şantaj edib. Amma bizim sizə dair işimiz yoxdur".

Qeyd edək ki, xəbəri lent.az saytı yayıb. Xəbərdə bildirilir ki, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da rayon sakini 77 yaşlı Ə.Hüseynov barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1400 manat pul alan Cəlilabad rayon sakini A.Şahbazova tutulub.

Onu şantaj edən A.Şahbazovaya gəlincə, onun 33 yaşı var və bir müddət əvvəl Ə.Hüseynovla tanış olub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ə.Hüseynov özü polisə müraciət edərək qadın tanışı tərəfindən şantaj edildiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.