Bakıda adam oğurlandı - Polis hərəkətə keçdi

18-05-2016, 12:38           

Bakıda daha bir adam oğurluğu faktı qeydə alınıb.

teref.az bildirir ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rizvan İsrafil oğlu Məmmədrzayev polisə ərizə ilə müraciət edərək dostu, Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Mustafa Asif oğlu Qarayevin dörd nəfər naməlum şəxs tərəfindən "VAZ-2106” markalı, 10 HE 380 dövlət nömrə nişanlı avtomobilə zorla əyləşdirilərək qaçırıldığını bildirib.
M. Qarayev bir neçə gün girov saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Daxil olan şikayət əsasında Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, bir müddət əvvəl Bakının Sabunçu rayonunda özünü İŞİD üzvü kimi təqdim edən şəxs 8 yaşlı uşağı oğurlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru