Rusiyalı qadın Almaniyada “Kalinka”nı rəqs edib – Polisin diqqətinə düşüb...
19-10-2022, 08:59

Almaniyada polis rusiyalı qadın Yuliya Proxorovanın mənzilində axtarış aparıb. O, Münhendə Qələbə Günü ukraynalı nümayişçilərin qarşısında «Kalinka-maninka» rus xalq mahnısını rəqs etməklə məşhurlaşıb.
Bu ərəfədə Bavariya polisi axtarış üçün Yuliya Proxorovanın Landexut (Aşağı Bavariya) şəhərindəki mənzilinə gəlib. «Bild» nəşrinin məlumatına görə, rusiyalının telefonları və kompüteri götürülüb. KİV təsdiqləyir ki, 30 yaşlı rusiyalı Almaniyada qeyri-leqal yaşayır.
Landexut prokurorluğunda dəqiqləşdiriblər ki, Yuliya Proxorovaya yönəlik «qanula cəzalandırılan cinayəti dəstəkləmə»yə görə araşdırma başlanıb (Almaniyada Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyatı belə şərh olunur).
Yuliya Proxorovanın özü isə bu situasiyaya yumorla yanaşıb. O, yeni videorolik çəkib və orada zarafat formasında Almaniya polisinin məktubları ilə tualetdə necə rəftar etdiyini göstərib (EADaily.com/>).
Bildirilir ki, Yuliya Almaniyada rusdilli Teleqram-kanalı («Ruslar uğrunda») aparır - onun 50 minə yaxın abunəçisinin olduğu bildirilir.
Beləliklə, açıq-aydın görünür ki, Putinin başlatdığı «Rusiya-Ukrayna düşmənciliyi» xeyli dərinə işləyib və hələ çox su aparacaq.