Fransa şirkəti İŞİD-i maliyyələşdirdiyini etiraf etdi: Cərimə ödəyəcək

19-10-2022, 09:53           
Fransa şirkəti İŞİD-i maliyyələşdirdiyini etiraf etdi:
ABŞ-dakı məhkəmə prosesində fransız sement istehsalçısı “Lafarge”nin İŞİD terror təşkilatına yardım göstərdiyini etiraf edib.

ABŞ Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, Fransa şirkəti Nyu-Yorkun Bruklin şəhər federal məhkəməsində iddiaçı tərəflə razılığa gəlib.

Cinayətini etiraf edən “Lafarge” 777,78 milyon dollar cərimə ödəməyə razılaşıb.

Şirkətdən verilən yazılı açıqlamada, “Lafarge” və onun törəmə şirkəti Suriyada terrorçuların törətdikləri bir sıra əməllərə görə məsuliyyəti öz üzərinə götürüb. Sement istehsalçısı baş verənlərdən çox təəssüfləndiyini bəyan edib.

Mənbə: Anadolu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru