“009” nömrəsindən imtina etməyən sabiq MTN generalı kimdir? - FAKT

25-05-2016, 12:34           
“009” nömrəsindən imtina etməyən sabiq MTN generalı kimdir? - FAKT
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu vəzifədən azad edilməsi və MTN-də “yarpaq tökümü”nün başlamasından sonra azadlıqda qalan komanda üzvlərinin hamısı vaxtilə daha çox MTN əməkdaşlarının istifadə etdiyi “009” nömrəli dövlət nömrə nişanlarından imtina etdi. Mətbuatda hətta bu nömrələrin hamısının MTN əməkdaşlarından alındığı ilə bağlı informasiyalar dərc edildi.

Bugünlərdə özəl mənbədən Moderator.az-a daxil olan məlumatda ləğv edilən MTN-nin Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevin hələ də “009” nömrəli dövlət nömrə nişanından istifadə etdiyi deyilir.

Mənbənin sözlərinə görə, bugünlərdə M.Şıxəliyevə məxsus olduğu iddia edilən 10 OM 009 dövlət nömrə nişanlı avtomobil yenidən generalın Novxanıdakı dənizkənarı villasının həyətində görünməyə başlayıb. Bu isə M.Şıxəliyevin bütün baş verənlərə baxmayaraq, hələ də “009” nömrəsindən imtina etmədiyini göstərir.

Mənbənin sözlərinə görə, M.Şıxəliyev bu gün “009” nömrəsindən istifadə edən yeganə sabiq MTN generalı hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru