Şagirdini zorlamaqda ittiham olunan müəllimin ailəsi qəzaya düşüb
26-05-2016, 11:22
Bir müddət öncə 15 yaşlı şagirdini zorlamaqda ittiham edilərək tutulan Şamaxının Pirbəhli kənd sakini, ixtisasca tarix müəllimi olan Elnur İbrahimovun ailəsində bədbəxt hadisə baş verib
teref.az Azvision.az-a istinadən xəbər verir ki, E.İbrahimovun ailə üzvləri ötən gün ağır yol qəzasına düşüblər. Hadisə nəticəsində E. İbrahimovun atası Həsənağa İbrahimov xəsarət alıb. Qəza zamanı ölüm faktı qeydə alınmayıb.
Hazırda vəziyyətinin nisbətən ağır olduğu deyən H. İbrahimovun sözlərinə görə, o, xoşbəxtlikdən qəzadan sağ çıxa bilib: “Bu hadisə bizi dərindən sarsıdıb. Hər kəs məndən oğlumu soruşur. Başımı itirmişəm. Ötən gün qəzaya düşdük. Az qalmışdı ki, ölüm. Yanımda uşaqlar vardı. Ağır qəza idi. Xoşbəxtlikdən qəzadan sağ çıxdım. Hazırda özümü pis hiss edirəm. Bütün bədənim ağrıyır. Ev şəraitində müalicə alıram. Bu qəzadan sonra böyük sarsıntı keçirdim. Şokdayam”.
Oğlunun hələ də polis idarəsində saxlanıldığını deyən H. İbrahimov Azərbaycan dövlətinə və qanunlara güvəndiyini deyib. “Mən inanıram ki, dövlətimiz bu işdə həqiqəti ortaya çıxaracaq. Əgər oğlumun günahı varsa, cəzasını çəkməlidir. Biz dövlətimizin qanunlarına tabeyik. Hazırda iş araşdırlır, ortada konkret fakt yoxdur”.
Qeyd edək ki, ki, hadisə ilə bağlı Elnur İbrahimov polis tərəfindən saxlanılıb. Barəsində cinayət işi açılıb. Xatırladaq ki, Elnur İbrahimovun 25 yaşı var. Ailəli olan müəllim 2 uşaq atasıdır. O, məlum hadisəyədək Şamaxıda kollecdə tarix müəllimi işləyib.