Yasamal rayonu ərazisində, Dairəvi yolda "Mercedes" markalı minik avtomobili "Daewoo" markalı, 10 TG 280 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə minik avtomobilinin 41 yaşlı sürücüsü ağır xəsarətlər alıb və hadisədən 2 saat sonra xəstəxanada vəfat edib.
Bildirilir ki, qəzaya avtobusun hərəkət sürətini qəfil azaltması və sürətlə hərəkət edən minik avtomobilinin arxadan olan çırpılması səbəb olub.
Qəzada ölən şəxsin kimliyi məlum olub. Yasamal rayon Polis İdarəsindən bildirilib ki, Dairəvi yolda "Mercedes" markalı minik avtomobilinin 211 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı marşrut avtobusuna çırpılması nəticəsində vəfat edən sürücü 41 yaşlı Natiq Eminov olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.