İş adamının oğlu ilə polis arasında qalmaqal - “Qaçdı-qovdu”nu canlı yayımladılar

26-05-2016, 12:16           

Azərbaycanlı milyarder, "Lukoil"in prezidenti Vaqif Ələkbərovun əməkdaşının oğlu Moskva polisini bir-birinə qatdı.

Söhbət "Lukoil"in vitse-prezidenti Azat Şamsuarovun oğlundan gedir.

İçərisində Ruslan Şamsuarovun və onun dostlarının olduğu maşın Rusiyanın paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. "Mercedes Gelandewagen" ilə polislər arasında küçələrdə "qaçdı-qovdu" başlayıb.

Polis maşınları onların içində olduğu nömrəsiz bahalı maşını qovub. Onlar nömrəsiz maşınla polisdən qaçmağa çalışsalar da bu alınmayıb.

Polis onları qovan və saxlayan zaman gənclər "Periscope" sosial şəbəkədən canlı yayıma çıxıblar. Onlar baş verənləri anbaan çəkərək paylaşıblar. Hətta Ruslan polislər onları saxlayandan sonra da baş verənləri çəkərək paylaşıb.

20 yaşlı gənc sükan arxasında özünün olmadığını iddia edib. "Mən yarım bokal şərab içmişdim. Hesab edirəm ki, içki içən şəxs sükan arxasında oturmamalıdır. Bunun üçün də öz tanışımdan xahiş etdim. O, isə polisi qıcıqlandırmaq qərarına gəldi. Onun ağlına bu fikir gələndə mən ümumiyyətlə maşında olmamışam".

Polisin məlumatına görə, insident mayın 23-də səhər saatlarında baş verib. Gənc adamlar yüksək sürətlə hərəkət ediblər. Onlar yol hərəkəti qaydalarını pozub, piyada keçidinə çıxıblar. Dalana dirənən gənclər maşını ataraq qaçmaq istəyiblər.

İlkin məlumata görə, sürücü 5 min rubl dəyərində cərimələnib. Rusiya DİN-in baş idarəsinin saytında yer alan məlumata görə, qanun pozucuları saxlanılıb. Cərimənin miqdarı isə 40 min rubldur.

Artıq iş adamının oğlu baş verən hadisəyə görə üzr istəyib.

Anspress.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.