Oruc Zalov pensiyaya göndərildi - Yerinə o təyin olundu

17-12-2022, 12:29           
Oruc Zalov pensiyaya göndərildi - Yerinə o təyin olundu
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov vəzifəsindən çıxarılıb.

TEREF.AZ bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi özəl məlumata görə, general Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Oqtay Kərimov təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl 70 yaşı tamam olan və Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Oruc Zalov 1998-ci ildən daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru