Baxmutdakı uğursuzluq rus ordusunu parçalayır

18-12-2022, 11:16           
Baxmutdakı uğursuzluq rus ordusunu parçalayır
Rusiya ordusunun Baxmutu ələ keçirmək cəhdləri davam edir. “Vaqner” döyüşçüləri bu istiqamətdə uğursuz döyüşürlər.

Axar.az xəbnər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

İnstitutun analitiklərinin fikrincə, məhz vaqnerçilər üzündən Rusiya ordusunda parçalanma getdikcə güclənir.

“Bu yaxınlarda qondarma Donbas separatçısı Denis Puşilin bildirib ki, Vaqner döyüşçüləri ilə birlikdə bu ərazidə döyüşlərdə “dxr” qüvvələri də iştirak edir. Terrorçuların rəhbəri dərhal rus blogerləri tərəfindən tənqid edilib və onlar Baxmut yaxınlığındakı döyüşlərdə “dxr”in iştirakını inkar ediblər. Rusiya informasiya məkanında Puşilinin bəyanatları ilə Priqojinin və digər tanınmış şəxslərin çıxışları arasındakı fikir ayrılıqları “dxr” və vaqnerçilər arasında parçalanmanın davam etdiyini və getdikcə böyüdüyünü göstərir”, - analitiklər bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru