Əfqanıstanda yanacaq tankeri tuneldə partladı: çox sayda ölən və yaralılar var
19-12-2022, 10:04
Dekabrın 18-də Əfqanıstanda ölkənin paytaxtı Kabildən 130 km şimalda yerləşən Salanq nəqliyyat tunelində yanacaq tankeri partlayıb.
Teref.az bildirir ki, bu barədə “Associated Press” yerli rəsmilərə istinadən məlumat yayıb. Partlayış nəticəsində ən azı 19 nəfər, o cümlədən beş qadın və iki uşaq həlak olub. Lakin dağıntılar altında çoxlu insanlar qaldığından həm yaralıların, həm də ölənlərin sayı arta bilər.
Qey edək ki, 1960-cı illərdə tikilmiş tuneldə baş verən partlayışdan sonra yanğın başlayıb. Bu səbəbdən ölənlərin hamısının şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Agentlik qeyd edir ki, hadisənin səbəbi hələlik səlahiyyətlilər tərəfindən açıqlanmayıb.