Bakıda kütləvi dava: 18 yaşlı oğlan öldürüldü - YENİLƏNİB

19-12-2022, 10:20           
Bakıda kütləvi dava: 18 yaşlı oğlan öldürüldü - YENİLƏNİB
Dekabrın 19-da gecə saat 1 radələrində Bakının Xətai rayonu ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Onlardan biri 2004-cü il təvəllüdlü Nemət Həsənov ölüb.

Bu barədə Cebhe.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilir.

Xətai rayon prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb: "Dekabrın 18-də, saat 23 radələrində paytaxtın

Xətai rayonu ərazisində 2000-ci il təvəllüdlü Nemət Həsənovun öldürülməsi, hadisə yerində olan daha 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub:

"Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hazırda iş üzrə istintaq davam edir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru