Belarus müharibəyə qoşulur? - Ukrayna SQ-dən açıqlama

19-12-2022, 18:09           
Belarus müharibəyə qoşulur? -
Rusiya Prezidenti Vladimir Putin Belarusa işgüzar səfərə gedib.

Yenicag.az xəbər verir ki, Putinin Minsk səfəri Belarusun da Ukraynaya hücum edəcəyi iddialarını artırıb.

Məsələ ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin komandanı Naev açıqlama verərək bildirib ki, Belarus Ukraynaya hücum edə bilər, Putin bunun üçün Minskə gedir.

Ukrayna Prezidenti Vladimir Zelenski dünən axşam ordu komandirləri ilə görüşdən sonra, “Rusiya və Belarusla sərhədimizin qorunması bizim əsas prioritetimizdir”, – deyib. Zelenski müdafiə baxımından bütün imkanlara hazır olduqlarını da vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru