Xameneyinin bacısı qızı aclıq aksiyasına başladı 26-12-2022, 10:54 İranın ali rəhbəri Seyid Əli Xameneyinin həbsdə olan bacısı qızı Fəridə Muradxani aclıq aksiyasına başlayıb.Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Fəridə Muradxaninin qardaşı Mahmud Muradhani məlumat verib.“Fəridə Muradxani ev dustaqlığına baraxılmaq üçün etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb”,-deyə Mahmud Muradhani məlumat verib.Qeyd edək ki, Fəridə Muradxani 15 il müddətinə azadlıqdan məhrum edilib. Facebook-da paylaş