Hollivudun əfsanəvi aktyoru Cek Nikolsonun nəvəsi Şon məişət zorakılığı ittihamı ilə saxlanılıb.
Oxu.Az bu barədə "Page Six"ə istinadla xəbər verir.
Bildirilib ki, 29 yaşlı Şon hazırda 50 min dollar məbləğində girov müqabilində sərbəst buraxılıb. Məhkəmə iclasının avqustun 26-da keçiriləcəyi bildirilir.
Şon, Cek Nikolsonun Sandra Nayt ilə evliliyindən dünyaya gələn böyük qızı Cenniferin oğludur.