ABŞ-də sərnişin təyyarəsində yanğın: Xəsarət alanlar var

27-12-2022, 11:57           
ABŞ-də sərnişin təyyarəsində yanğın:
ABŞ-də Nyu-Yorkun Con Kennedi Beynəlxalq Hava Limanında sərnişinləri düşürməyə hazırlaşan təyyarədə yanğın baş verib.

“JetBlue” təyyarəsində enmə qapısına doğru irəliləyərkən sərnişinin notbukunun batareyası partlayıb. Uçuş heyəti dərhal yanğını söndürməyə başlayıb. Şahidlərin sözlərinə görə, təyyarənin kapitanı dərhal onlara köməyə gəlib və yanğını söndürməyə kömək edib.

Xilasedicilər və təyyarənin heyəti fövqəladə eniş sistemindən istifadə etməklə 67 sərnişini təxliyə ediblər, daha 60 nəfər özü təyyarəni tərk edib. Hadisə nəticəsində 7 nəfər tüstüdən zəhərlənib və yüngül xəsarətlər alıblar.

Mənbə: Mirror












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru