Bakıda anasının sevgilisi tərəfindən öldürülən 14 yaşlı qızın görüntüsü yayıldı - FOTO/VİDEO

3-02-2023, 08:25           
Bakıda anasının sevgilisi tərəfindən öldürülən 14 yaşlı qızın görüntüsü yayıldı - FOTO/VİDEO
Fevralın 2-si saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində anasının qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən bıçaqlanaraq ölən 14 yaşlı qızın fotoları yayılıb.

“Qafqazinfo” sözügedən fotonu əldə edib.

Qeyd edək ki, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Günay Şadatova 1981-ci il təvəllüdlü Zaur Babayev tərəfindən bıçaqlanıb.

Həkimlərin səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu müəyyən olunaraq saxlanılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru