Bakıda ofisə basqın edildi, obyekt sahibi döyüldü

3-02-2023, 16:16           
Bakıda ofisə basqın edildi, obyekt sahibi döyüldü
Hadisə paytaxtın Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində baş verib.

Dünən gecə saatlarında Samir Qarayev adlı şəxs idmançı dostu ilə birlikdə ofisə daxil olaraq obyekt sahibi Allahverdiyev Musa Allahverdi oğlunu döyüb.M. Allahverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində iki nəfərin obyekt sahibi M.Allahverdiyevi döyərək xəsarət yetirmələri barədə polis orqanına məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə hər iki şəxs - S.Qarayev və H.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. //trend//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru