Rusiyalı kiçik qızcığazı ukraynalını “öldürməyə” məcbur etdi: “Və əmin olmaq üçün alnına son güllə..." - VİDEO

4-02-2023, 11:53           
Rusiyalı kiçik qızcığazı ukraynalını “öldürməyə” məcbur etdi:
Rusiyalı kiçik qızcığazı ukraynalını “öldürməyə” məcbur edib.

Qızcığaz isə qəribə əmri həvəslə yerinə yetirib.

Bu barədə “İşi svoix” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, insident çat-ruletin efirində baş verib. Rusiyadan olan istifadəçi arxasında Ukrayna bayrağı asılmış oğlanı görüb.

Rusiyalı ukraynalı ilə ünsiyyətinə təhqir və hədələrlə başlayıb. Sonra isə azyaşlı uşağı da bu kinli hərəkətlərinə cəlb edib.

“Oh, ukraynalı. Vur ukraynalını, öldür. Öldür ukraynalını... Bir daha... Və öldüyünə əmin olmaq üçün alnına son əminlik atəşi...”, - deyə rusiyalı uşağa əmr edib.

Qızcığaz bu istəyi adi bir şey zənn edib və ukraynalıya “atəş açıb”. Ukraynalı isə bütün bunların müqabilində bir kəlmə də danışmayıb.

Videonun sonunda rusiyalının ürəyi yenə soyumayıb. “Sən hələ də sağsan? Ölümsüzsən?”, - deyə istehzalı şəkildə sual verib.

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru