İsraili qış qasırğası bürüdü

7-02-2023, 11:04           
İsraili qış qasırğası bürüdü
Bazar ertəsi İsraili meteoroloqlar tərəfindən “Barbara” adlandırılan qış fırtınası bürüyüb.

Milli Meteorologiya Xidməti dənizdə şaxtalı külək təhlükəsi və kəskin əlverişsiz hava şəraiti ilə əlaqədar ölkə boyu təhlükənin “narıncı” - sondan əvvəlki səviyyəsini elan edib.

Gün ərzində ölkə ərazisində güclü külək, leysan və tufan müşahidə olunub. Bəzi yerlərdə küləyin sürəti 27,7 m/s-ə çatıb ki, bu da Bofort şkalası üzrə “şiddətli tufan” deməkdir.

“Barbara” mərkəzi Tel-Əvivdə olan ölkənin ən böyük dənizkənarı aqlomerasiyasına da təsir edib. Təl-Əvivdə pis hava şəraitində sahilyanı kafe və restoranların terrasları bağlanıb. Ölkənin bir çox bölgələrindən fırtınalı havanın səbəb olduğu müxtəlif hadisələr barədə xəbərlər gəlir.

Meteoroloqların proqnozlarına görə, Kipr və Yunanıstandan gələn “Barbara” qasırğasının yaratdığı əlverişsiz hava ən azı cümə axşamına qədər İsraildə davam edəcək. Sinoptiklər çərşənbə axşamı İsraildə temperaturun aşağı düşməkdə davam edəcəyini, güclü yağış və külək təhlükəsinin davam edəcəyini proqnozlaşdırırlar.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru