Əmisi oğlunu işə düzəltmək üçün pul aldı, görün nə oldu? - BAKIDA

9-02-2023, 17:09           
Əmisi oğlunu işə düzəltmək üçün pul aldı, görün nə oldu? - BAKIDA
Bakıda oğlunu işə düzəltdirmək istəyən ana dələduzluqla üzləşib.

TEREF.AZ Lent.az-a istinadla xəbər verir ki, paytaxt sakini S. Həşimova oğlunu işə düzəltmək üçün qaynı oğlu İ. Məmmədova 6000 manat pul verib. Sonradan o, 1800 manatı qaytarsa da, geridə qalan 4200 manatı qaytarmaqdan boyun qaçırıb.

Bundan sonra qadın Nəsimi rayon Polis İdarəsinə üz tutub. Araşdırma zamanı məlum olub ki, İ. Məmmədov əmisi oğlunu işə düzəltdirmək üçün həmin pulu M. Əmirova verib. M. Əmirov isə verdiyi vədə əməl etməyib və müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınıb.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə S. Həşimovaya dəyən ziyan tam ödətdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru