Ukraynada daha bir Britaniya vətəndaşı həlak olub

15-02-2023, 10:18           
Ukraynada daha bir Britaniya vətəndaşı həlak olub
Ukraynada daha bir Britaniya vətəndaşı həlak olub. SİA xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik Ukraynada ölən şəxsin ailəsinə dəstək verildiyini bildirib. Ölən şəxsin adı və ölüm şəraiti hələlik açıqlanmayıb. Xarici İşlər Nazirliyindən bildirilib ki, Britaniya Ukraynanın yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır.

Ukraynada ölən şəxsin yaxınları mediadan onların şəxsi həyatına hörmətlə yanaşmağı xahiş ediblər.

Qeyd edək ki, bu, müharibənin başlamasından bəri Ukraynada ölən 8-ci britaniyalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru