ABŞ ordusu Suriyada İran dronunu vurub

17-02-2023, 10:44           
ABŞ ordusu Suriyada İran dronunu vurub
ABŞ ordusu Suriyanın şimal-şərqində Amerika bazası üzərində uçuş edən İran istehsallı pilotsuz uçan aparatı vurub.

Bu barədə çərşənbə günü ABŞ SQ Mərkəzi komandanlığında (CENTCOM) bəyan ediblər.

Xəbəri fevralın 15-də «ABC News» yayıb.

İnsident Türkiyə və Suriyanı titrədən 7,7 maqnitudalı ölümcül zəlzələnin baş verməsindən bir həftə sonra baş verib.

CENTCOM-un bəyanatında deyilir ki, kəşfiyyat PUA-sı ABŞ hərbçilərinin dislokasiya yeri olan Deyr-əz-Zor əyaləti üzərindən uçub edib və bu zaman vurulub.

Qruplaşmalardan heç biri PUA-nın buraxılmasının məsuliyyətini üzərinə götürməyib. Bu ərazidə dislokasiya olunan Amerika ordusu tez-tez raket və minamyot atəşinə tutulur. Ərazinin yaxınlığında İran tərəfindən dəstəklənən üsyançıların və «İslam dövləti» terrorçu qruplaşmasının bazası yerləşir.

Suriyada hazırda 900-ə yaxın ABŞ hərbi qulluqçusu yerləşib, onlar Suriyanın şimal-şərqinə nəzarət edən «Suriya demokratik qüvvələri» (CDC) adlı kürd döyüşçüləri ilə sıx əməkdaşlıq edirlər (Mənbə: /eadaily.com/).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru