Şəhərə enən bəbir insanlara hücum edərək yaraladı - Ölkədə həyəcan təbili çaldı (VİDEO)
17-02-2023, 12:01
Pakistanın paytaxtı İslamabadda yaşayış sahəsinə düşən bəbir insanlara hücum edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pakistanın paytaxtı İslamabadda yaşayış massivində bəbir peyda olub. Bəbirin insanlara hücumu nəticəsində 4 nəfər yaralanıb. Səlahiyyətlilər sakinləri evlərində qalmağa çağırıb.
Xəbərdarlıqlar üzərinə İslamabad Vəhşi Təbiət İdarəsi tərəfindən bölgəyə çoxlu qruplar göndərilib. Ətrafdakıların çəkdiyi kadrlarda bəbirin ətrafa qaçaraq insanlara hücum etdiyi və bir nəfərin silahla bəbirə atəş açdığı görünür.
Bəbirin tikilməkdə olan binaların içərisində gizləndiyi bildirilib. Onun haradan gəldiyi hələ məlum deyil.