İndoneziyanın Maluku əyalətinin Tual şəhərinin cənub-qərbində 6,1 bal gücündə zəlzələ baş verib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Geoloji Xidməti 6,1 bal gücündə zəlzələnin episentrinin Tual şəhərindən 130 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Sözügedən mərkəz zəlzələnin yerin 38,6 kilometr dərinliyində baş verdiyini bildirib. Zəlzələdə can və ya mal itkisi barədə hələlik məlumat verilməyib. Xatırladaq ki, İndoneziyanın Aceh bölgəsində 2004-cü ildə baş verən zəlzələdən sonra təxminən 170 000 insan həyatını itirmişdi. 28 sentyabr 2018-ci ildə Sulavesi adasındakı Palu körfəzində baş verən 7,5 bal gücündə zəlzələ və sunami nəticəsində isə 4340 nəfər ölmüşdü.