İmran Xan ölkədəki həbsxanaları doldurmaq istəyir

18-02-2023, 11:04           
İmran Xan ölkədəki həbsxanaları doldurmaq istəyir
Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xan cümə günü kütləvi aksiyanın başladığını elan edib.

Onun sözlərinə görə, yeni etiraz hərəkatı partiyanın tanınmış xadimlərinin həbslərinə cavabıdır.

Aksiyanın başlanması fevralın 22-nə təyin edilib. Ehtimal olunur ki, partiya fəalları və tərəfdarları həbs olunmaq üçün qəsdən cinayət törədəcəklər. Beləliklə, müxalifət hüquq-mühafizə orqanlarının işini iflic etmək, həbsxanaları həddən artıq doldurmaq və ölkə hakimiyyətini, xüsusən də Pəncab və Xayber Paxtunxva əyalət məclislərinə seçkilərin tarixini təyin etmək məsələsində güzəştə getməyə məcbur etmək niyyətindədir.

Hazırda Pakistanın bu bölgələri federal hakimiyyətə sadiq olan müvəqqəti hökumətlərin idarəsi altındadır.

Qeyd edək ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatası ona etimadsızlıq səsverməsi keçirdikdən və Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərifi yeni baş nazir seçdikdən sonra vəzifəsindən istefa verib. Həmin vaxtdan Xanın rəhbərlik etdiyi Ədalət Uğrunda Hərəkat ölkədə hakimiyyətə qayıtmaq üçün kampaniya aparır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru