Bolqarıstanda yük maşınında 18 ölü miqrant tapılıb - FOTO 19-02-2023, 01:02 Bolqarıstan polisi cümə günü, fevralın 17-də Sofiya yaxınlığında içərisində 40-a yaxın qeyri-qanuni miqrantın olduğu yük maşını tapıb.İlkin məlumata görə, gizli kupedəki insanların 18-i artıq ölü olub.Bildirilir ki, qeyri-qanuni miqrantların ölümünün ehtimal olunan səbəbi hava çatışmazlığıdır.Miqrantlardan 16-sı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, 10 nəfərə yerindəcə tibbi yardım göstərilib.Polis məsələ ilə bağlı araşdırma aparır.Mənbə: mk.ru Facebook-da paylaş