Sabirabadda pambıq zavodundakı yanğının əhatə dairəsi genişlənib. VİDEO

19-02-2023, 20:20           
Sabirabadda pambıq zavodundakı yanğının əhatə dairəsi genişlənib.  VİDEO
Teref.az yazır ki, Sabirabad rayonunun Axtaçı Muğan kənd ərazisindəki pambıq qəbulu və emalı zavodunda yanğın hələ də davam edir.
Yanğını söndürmək məqsədilə Sabirabad, Saatlı, Şirvan, Hacıqabul rayonlarından FHN-nə məxsus 15-ə yaxın yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb edilib.
Buna baxmayaraq, alovun əhatə dairəsi genişlənərək ərazinin 50 faizini əhatə edib.
Hazırda yanğının söndürülməsi istiqamətində mübarizə davam etdirilir.
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru