Meksikada miqrantları daşıyan avtobus aşdı - 17 nəfər öldü 21-02-2023, 12:34 Meksikanın mərkəzindəki Puebla ştatında avtobus qəzaya uğrayıb.Teleqraf.com xəbər verir ki, TASS məlumat yayıb.Hadisə nəticəsində 17 nəfər ölüb.Avtobusda Kolumbiya və Venesueladan olan 45 qanunsuz miqrant olub.Hadisə nəticəsində 15 nəfər yerində, 2 nəfər isə xəstəxanada ölüb.Qəza zamanı xəsarət alan 13 nəfərdən 5-nin vəziyyəti ağır qiymətləndirilir. Facebook-da paylaş