“Veysəloğlu” şirkətinin sahibinə məxsus mühüm sənədlər itib

22-02-2023, 10:07           
“Veysəloğlu” şirkətinin sahibinə məxsus mühüm sənədlər itib
2011-ci il mayın 24-də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Talıbov Aydın Veysəl oğlunun adına verilmiş sənədlər itib.

"Ölkə.Az" xəbər verir ki, sənədlər 0,48807 hektar torpaq sahəsinin (Salyan şəhəri, 20 Yanvar küçəsi 32) MA seriyalı, 0212490 nömrəli reyestrdən çıxarışı, torpaq sahəsinin planı və ölçüsüdür.

Həmin sənədlər itdiyi üçün etibarsız sayılır.

Qeyd edək ki, Talıbov Aydın Veysəl oğlu "Veysəloğlu" Şirkətlər Qrupunun prezidentidir. Bu qrupa "Ulduz" şokolad fabriki, "Xonça" şirniyyat evi, "Araz" supermarket və "OBA" marketlər şəbəkələri və digər şirkətlər daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru