Rusiyanın Bonndakı baş konsulluğuna hücum olub

23-02-2023, 11:08           
Rusiyanın Bonndakı baş konsulluğuna hücum olub
Rusiyanın Bonndakı baş konsulluğu diplomatik nümayəndəliyə qarşı yönəlmiş vandalizm aktını pisləyib.

Müvafiq bəyanat çərşənbə günü baş konsulluq tərəfindən yayılıb.

“2023-cü il fevralın 22-nə keçən gecə Rusiyanın Bonndakı Baş Konsulluğu vandalizm aktına məruz qalıb. Konsulluğun hasarının xarici tərəfi, məlumat stendi və poçt qutusu səciyyəvi şəkildə qırmızı boya ilə boyanıb”, - bəyanatda bildirilib.

Eyni zamanda, hadisə ilə bağlı alman polisinin dərhal məlumatlandırıldığı vurğulanıb.

Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmaya başlayıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru