“WhatsApp”da yeni funksiya işə salınır

23-02-2023, 11:38           
“WhatsApp”da yeni funksiya işə salınır
“WhatsApp”da “Newsletter” adlı yeni funksiya işə salınır.

Mənbənin məlumatına görə, yenilik “WhatsApp”ın beta 2.23.5.3 versiyasında görülüb.

Funksiyanın xəbər lenti olacağı güman edilir.

O da bildirilir ki, “Newsletter”də reklamlar, eləcə də hər bir istifadəçi üçün fərdi tövsiyələr yaradan alqoritmlər olmayacaq - məzmunlar bütün “WhatsApp” çatları kimi prioritetlər olmadan xronoloji ardıcıllıqla göstəriləcək. İstifadəçi kimin lentinə abunə olacağını müstəqil seçə biləcək.

“Newsletter” hazırda erkən inkişaf mərhələsindədir. Onun nə vaxt geniş istifadəçi kütləsi üçün əlçatan olacağı məlum deyil.

Mənbə: WABetaInfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru