Tehranda Qızlar məktəbinə hücum: öyrəncilər həbs edildi
24-02-2023, 11:08
Tehranın İslamşəhr qəsəbəsində çərşənbə günü axşam saatlarında radikal və qaniçən "Bəsic" qüvvələri Qızlar məktəbinə hücum edib və bir neçə qızı hicabsızlıq bəhanəsi ilə həbs ediblər. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayımlayıb. İki qız öyrənci "Bəsic" qüvvələri tərəfindən həbs edilib və məktəb möhürlənib. Məlumata görə, ətrafdakı vətəndaşlar və öyrəncilər repressiv qüvvələrə müqavimət göstərərək “Bəsiciyə ölüm” şüarlarının sədaları altında onları ərazidən qovublar.