Şəmkirdə baba, nənə və onların 9 yaşlı nəvəsi bıçaqlanıb - YENİLƏNİB

24-02-2023, 10:25           
Şəmkirdə baba, nənə və onların 9 yaşlı nəvəsi bıçaqlanıb - YENİLƏNİB
“Şəmkir rayon Polis Şöbəsinə rayon sakini Natiq Abbasovun daxilə keçmiş, Sevda Abbasovanın qulağının kəsilmiş-deşilmiş və ailənin azyaşlı nəvəsinin sifət nahiyəsinin bıçaq xəsarətləri almaları barədə məlumat daxil olub”.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Report”a bildirib ki, dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, araşdırmalar nəticəsində qeyd olunan şəxslərə xəsarətləri yetirməkdə şübhəli bilinən, qonşuları, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Şəmkir rayonunda üç nəfərin bıçaqlanmasının təfərrüatı məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında, ev sahibləri yatan zamanı baş verib.

Belə ki, Fuad adlı şəxs evə daxil olaraq 1972-ci il təvəllüdlü Sevda Abbasova, 1968-ci il təvəllüdlü Natiq Abbasov və nəvələri, 2014-cü il təvəllüdlü X. Abbasovanı bıçaqlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq polis tərəfindən saxlanılıb.

***

Şəmkir rayonunda üç nəfər yaşadıqları evdə bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bıçaq xəsarətləri alan baba, nənə və nəvə xəstəxanaya yerləşdiriliblər.

Hadisənin təfərrüatları araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru