Özünü nəvələrinin yolunda qurban verdi

24-02-2023, 11:37           
Özünü nəvələrinin yolunda qurban verdi
Hatayın Hassa rayonunda baş verən zəlzələ zamanı öz evindən salamat çıxan 81 yaşlı Fatma Araz nəvələrini və uşaqlarını xilas etmək üçün girdiyi evdə dağıntılar altında qalıb. Bütün ailə sağ qalsa da, yaşlı qadın dağıntılar altında ölüb. F. Araz fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ zamanı ailəsini xəbərdar etmək üçün nəvə və uşaqlarının yaşadığı evə gedib. Ailəsi onun sayəsində vaxtında evdən çıxaraq canını qurtarıb. Qadın isə mənzildən çıxmaq istəyərkən üstünə sütun düşməsi nəticəsində dünyasını dəyişib. Onun öz evi isə zəlzələdə dağılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru