ABŞ-də təcili yardım təyyarəsi düşdü: Ölənlər var 26-02-2023, 10:13 ABŞ-ın Nevada ştatında “Care Flight” şirkətinin təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.Şirkətin qərargahı təyyarələrdən birinin ərazidə qəzaya uğradığını təsdiqləyib.“Mərkəzi Lyon Yanğınsöndürmə İdarəsi təyyarədə olan 5 nəfərdən heç birinin sağ qalmadığını təsdiqləyib”, - şirkətdən bildirilib.Məlumata görə, təyyarədə pilot, tibb bacısı, feldşer, xəstə və onun ailə üzvü olub.Hadisənin səbəbləri barədə məlumat verilmir. Davam edən araşdırmaya görə, “Care Flight” şirkəti bütün uçuşları müvəqqəti olaraq dayandırıb.Mənbə: iz.ru Facebook-da paylaş