KİV: “Minskdə hərbi aerodromda partlayışlar olub”

27-02-2023, 10:04           
KİV: “Minskdə hərbi aerodromda partlayışlar olub”
Minsk yaxınlığındakı Rusiya Aerokosmik Qüvvələrinin yerləşdiyi Maçulişçi hərbi aerodromunda səhər saatlarında iki partlayış baş verib.

Bu barədə yerli BYPOL teleqram kanalı yazıb.

Bildirilib ki, Rusiyanın hərbi nəqliyyat təyyarəsi və qartəmizləyən maşınlar zədələnib.

Məlumata görə, aerodrom ərazisində yerli sakinlər yoldan keçən bütün avtomobilləri yoxlayan çoxlu sayda hərbçi və yol polisi müşahidə ediblər.

Ukraynanın “Ukrainska Pravda” nəşri qeyd edib ki, “Kinjal” raketləri daşıyan təyyarələr adətən Maçulişçi aerodromundan havaya qalxır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru