Rusiyada 41 avtomobil toqquşdu: Yaralananlar var - VİDEO 27-02-2023, 10:44 Novqorod vilayətində M-11 federal magistralında kütləvi qəzaya uğrayan avtomobillərin sayı 41-ə, zərərçəkənlərin sayı 14-ə çatıb.Gununsesi.info xəbər verir ki, beş nəfər beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib, onlardan dördü uşaqdır.Bu barədə regional yol polisi idarəsinin mətbuat xidməti xəbər verib.Bildirilib ki, xəstəxanaya yerləşdirilənlərin beyin silkələnməsi var. 9 nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib.Məlumata görə, kütləvi qəzanın baş verdiyi M-11 ödənişli magistral yolunda 4 kilometrlik tıxac yaranıb.Qeyd olunub ki, qəzaya pis hava şəraiti səbəb olub. Facebook-da paylaş