Tacikistanda növbəti qar uçqunu: Ölənlər var

27-02-2023, 08:05           
Tacikistanda növbəti qar uçqunu: Ölənlər var
Tacikistanın şimalında, Düşənbə-Çanak magistralının Suqd rayonuna gedən hissəsində qar uçqunu nəticəsində 3 nəfər ölüb.

Bu barədə bazar günü “Innovative Road Solutions” (IRS) şirkətinin yola xidmət göstərən Tacikistandakı filialı məlumat verib.

“Düşənbə-Çanak avtomobil yolunun 157-ci km-də (Şaxristan aşırımı) “Musso” markalı avtomobil qar uçqunu altında qalıb. Nəticədə 3 nəfər yerindəcə ölüb, bir sərnişin isə Şəhristan rayon xəstəxanasına yerləşdirilib”, - məlumatda deyilir.

Xatırladaq ki, fevralın 15-də Tacikistanın Dağlıq Bədəxşan vilayətində və Varzob rayonunda baş vermiş bir neçə qar uçqunu nəticəsində 18 nəfər həyatını itirmişdi.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru