Çin-Qırğızıstan sərhədində güclü zəlzələ olub

27-02-2023, 09:21           
Çin-Qırğızıstan sərhədində güclü zəlzələ olub
Çin-Qırğızıstan sərhəd bölgəsində 5,6 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyası məlumat yayıb.

“Zəlzələnin episentri Almatı şəhərindən 278 kilometr cənub-şərqdə Qırğızıstan və Çin sərhədində yerləşir. Zəlzələnin enerji sinfi 12,1-dir”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, Bakı vaxtı ilə 03:58 baş verən zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Seysmoloqların verilənlərinə görə, Bakı vaxtı ilə saat 01:42-də eyni bölgədə 5,9 maqnitudalı yeraltı təkanlar olmuşdu. Təbiət hadisəsi Almatıda 2 bal gücündə hiss olunduğu nəql edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru