Ölən tələbənin meyitini rektorun müşaviri aşkarlayıb - Yenilənib

28-02-2023, 00:08           
Ölən tələbənin meyitini rektorun müşaviri aşkarlayıb - Yenilənib
Mingəçevirdə tələbənin dəm qazından boğulub ölməsi hadisəsinin təfərrüatı məlum olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, 2003-cü il təvəllüdlü Vüsal Hüseynovun ailə üzvləri dünən Mingəçevir Dövlət Universiteti ilə əlaqə saxlayıblar. Onlar Vüsalın zənglərə cavab vermədiyini və itkin düşdüyünü bildiriblər. Məsələ ilə bağlı MDU-nun rektorunun müşaviri Ramin Məmmədova məlumat verilib. O, Vüsal Hüseynovun kirayə yaşadığı mənzilə gedib. R.Məmmədov qapını qıraraq evə daxil olub və tələbənin meyitini aşkarlayıb.

Qeyd edək ki, MDU-nun mühəndislik fakültəsinin I kurs tələbəsi olan Vüsal Hüseynov Mingəçevir şəhərində taksi fəaliyyəti ilə də məşğul olurmuş.

15:44

Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından zəhərlənərək ölüb.

Hadisə Mingəçevir şəhəri, Sahil küçəsində baş verib.

2003-cü il təvəllüdlü Qazax rayon sakini və Mingəçevir Dövlət Universitetinin tələbəsi Vüsal Hüseynov yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru