Xəzər sahilində kəlləsində güllə ziləri olan 18 nəfərin qalıqları tapılıb – FOTOLAR

28-02-2023, 10:44           
Xəzər sahilində kəlləsində güllə ziləri olan 18 nəfərin qalıqları tapılıb – FOTOLAR
Dağıstanlı müstəntiqləri Xəzər dənizi sahillərində 18 nəfərin qalıqlarının aşkar edilməsi ilə bağlı araşdırmaya başlayıblar.

Pressklub.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Respublika üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Xəzər dənizinin sahilində 18 insan skeleti aşkar edildikdən sonra RF İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsinin müstəntiqləri yoxlama təşkil ediblər”, – nazirlik bildirib.

İlkin olaraq müəyyən edilib ki, qalıqlar XX əsrin 30-cu illərinə aiddir. Onların kəlləsində güllə izləri var.

Bundan əvvəl sosial şəbəkələrdə Mahaçqalada yerli istirahət mərkəzinin yaxınlığında 18 nəfərin qalıqlarının tapıldığı barədə məlumat yayılıb.

Qeyd edək ki, insan qalıqları hazırda Rusiya Federal Təhlükəsizlik Xidmətinin fəaliyyətdə olan bazasının yaxınlığındakı çimərlikdə aşkar edilib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru