İranda daha iki məhkum edam edildi - FOTO

28-02-2023, 10:58           
İranda daha iki məhkum edam edildi - FOTO
İranda daha iki məhkum edam edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Sistan və Bəlucistan əyalətinin Zahedan şəhər zindanında saxlanılan iki məhkum edam edilib.

Fevralın 27-i səhər saatlarında dar ağacından asılan Hadi Gərgic və Məhəmməd İshaq Gərgic adlı məhkumların qardaş olduqları bildirilir.

İran İnsan Haqları Təşkilatı yaydığı bəyanatda onların narkotik maddələrin alverində günahlandırıldıqları üçün edam olundıqlarını açıqlayıb.

Qeyd edək ki, bununla yanaşı, Həmədan şəhər həbsxanasında da iki məhkum edamqabağı hazırlıq üçün təkadamlıq kameralara köçürülüblər.

Bu edamlar barədə İran məhkəməsi və rəsmi dövlət mediası məlumat verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru