Rusiyada dəhşət: mədrəsə müəllimi məscidin zirzəmisində əsir saxladığı 11 uşağa günlərlə işgəncə verib - VİDEO

1-03-2023, 10:38           
Rusiyada dəhşət: mədrəsə müəllimi məscidin zirzəmisində əsir saxladığı 11 uşağa günlərlə işgəncə verib - VİDEO
Rusiyanın Ufa şəhərində dini fanat olan mədrəsə müəllimi oğlan uşaqlarının yerli məscidlərdən birinin zirzəmisində günlərlə saxlayıb və döyüb.

Bu barədə məsciddən qaçan uşaq polisə xəbər verdikdən sonra məlum olub. Hüquq mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə yollanıblar.

Məlum olub ki, Tacikistan əsilli kişi uşaqları zorla zirzəmidə çox pis şəraitdə (hətta çarpayı olmayıb) saxlayıb və təlim keçib. Uşaqlardan bəziləri işgəncə gördüklərini polislərə təsdiqləsələr də, digərləri təkzib ediblər, ancaq bədənlərində qançır izləri uşaqların qorxduğu ehtimalını verməyə əsas olub.


Məscidin rəhbərliyi və Başqırdıstan Müsəlmanlarının Ruhani İdarəsi mədrəsə müəllimi ilə əlaqələrini inkar ediblər.

Rusiya İstintaq Komitəsinin regional baş idarəsi bildirib ki, həmin şəxsə qarşı cinayət işi başlanıb. Müstəntiqlərin fikrincə, kişi 2023-cü ilin əvvəlindən uşaqlara işgəncə verirmiş. Təqsirləndirilən şəxs saxlanılıb, o, istintaq müddətini təcridxanada keçirəcək.

Uşaqlar uşaq evlərinə yerləşdiriliblər.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru