Peru polisi Punodakı arxeoloji ərazidə davranışı ilə diqqət çəkən şəxsin çantasında axtarış aparıb.
Çantadan qədim mumiya çıxıb. Çantanın sahibi mumiyanı dostlarına göstərmək üçün oraya qoyduğunu deyib.
O qeyd edib ki, “Xuanita” adını verdiyi mumiyanı evdə, televizorun yanındakı qutuda saxlayır. Həmçinin mumiyanın onun üçün bir növ mənəvi sevgili olduğunu vurğulayıb.
Polis 600-800 yaşlarında olan və qadından daha çox, kişiyə oxşadığı ehtimal olunan mumiyanı müsadirə edib və Mədəniyyət Nazirliyinə təhvil verib.